Bakıda toyda baş verən faciənin TƏFƏRRÜATI

Bakıda toyda baş verən faciənin TƏFƏRRÜATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda şadlıq sarayında 36 yaşlı kişinin faciəli ölümünün təfərrüatı məlum olub.
 Tribunainfo.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, hadisə sentyabrın 23-də Nizami rayonu ərazisindəki şadlıq saraylarından birində keçirilən toy mərasimində baş verib. Toyda qonaq qismində iştirak edən 1989-cu il təvəllüdlü Orxan Məhəmməd oğlu Qarayev foyedən birinci mərtəbəyə düşərkən ehtiyatsızlıqdan pilləkəndən yıxılıb. Nəticədə, o, ağır kəllə-beyin travması alıb və komaya düşüb.
Sentyabrın 23-də gecə saatlarında xəstəxanaya yerləşdirilən O.Qarayev oktyabrın 1-də axşam saatlarında xəstəxanada dünyasını dəyişib.