BAKIDA TOY ƏNƏNƏSİ DƏYİŞİR… ƏKSƏR RESTORANLAR BAĞLANACAQ

BAKIDA TOY ƏNƏNƏSİ DƏYİŞİR… ƏKSƏR RESTORANLAR BAĞLANACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COVID-19 səbəbilə iki ilə yaxın davam edən karantin və qadağalar müəyyən vərdişləri aradan qaldırmış oldu. Belə ki, toyların qadağan edilməsi, ardınca müəyyən şərtlərlə verilən icazə, qonaqlardan vaksin pasportunun tələb edilməsi, 6 saat davam edən toy müddətinə qoyulan məhdudiyyət ölkədə oturuşmuş toy ənənəsini dəyişib.

Tribunainfo.az xəbər verir ki, indi toy keçirilməsinə, qonaq sayına və toy müddətinə heç bir qadağa olmasa da, şadlıq evlərində bu cür məclis təşkil edənlər azalıb.
Toy adminstratorları bildirir ki, artıq şadlıq saraylarına müraciət edənlər azdır. Hətta Ramazan bayramından sonra da gözlənilən müraciət olmayıb. Həmçinin artıq əvvəkli kimi toya 200-300 qonaq dəvət edən də yoxdur. İndi toylar maksimum 70-80 nəfərlik təşkil edilir. Həmçinin əvvəlki kimi toylar saat 11-12-yə qədər davam etmir. Təxminən saat 9-10-dan sonra məclis dağılır.

Ekspertlərin fikrinə, bu, ənənə halını alsa zamanla şadlıq saraylarının əksəriyyəti bağlanacaq.