BAKIDA TIXACIN QARŞISINI ALMAQ MÜMKÜN OLMAYACAQ, ÇÜNKİ… – EKSPERT

BAKIDA TIXACIN QARŞISINI ALMAQ MÜMKÜN OLMAYACAQ, ÇÜNKİ… – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda sıxlığın, tıxacın qarşısını almaq üçün atılan heç bir addım işə yaramır. Bundan sonra da görüləcək heç bir tədbir işə yaramayacaq.

Tribunainfo.az yazır ki, bu barədə yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib. O qeyd edib ki, Bakıda tıxacın və sıxlığın azalmasının əsas şərti bölgələrin inkişafıyla bağlıdır. Bakıda əhali sayı azalmadıqca tıxacın, sıxlığın aradan qaldırılması üçün istənilən addım effektsiz olacaq:

“Bu gün rayonlarda elə kəndlər var ki, 600 evdən cəmi 100-də yaşayış var. Əhali Bakıdadır. Bütün bölgələr Bakıya gəlib. Sıxlıq həddən artıqdır. Ona görə də, görülən işlərin effektivliyi azalır. Bakı dolub, Bakı boğulur. Bu da ictimai nəqliyyatda sıxlığa, yollarda tıxaca səbəb olan amillərdir”.