Bakıda “TikTok”er qadınlar qəzada xəsarət aldı (FOTOLAR)backend

Bakıda “TikTok”er qadınlar qəzada xəsarət aldı (FOTOLAR)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakının Səbail rayonunda 2 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib, 2 nəfər xəsarət alıb. Tribunainfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Zərifə Əliyeva küçəsində baş verib.
Belə ki, “Kia” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərək işıqforun qırmızı işığında dayanan eyni markalı maşına çırpılıb.
Toqquşma nəticəsində avtomobildə olan Cəmilə Əliyeva Fərid qızı və Ələkbərova Ləman Nəcəf qızı ağır bədən xəsarətləri alıb.
Onlar xəstəxanaya yerləşdirilib. Faktı Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Qeyd edək ki, C.Əliyeva və L.Ələkbərova “TikTok” fenomenləridir.