Bakıda tikiləcək 10 yeni metro stansiyasının konseptual yerləri artıq bəllidir

Bakıda tikiləcək 10 yeni metro stansiyasının konseptual yerləri artıq bəllidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2030-cu ilin sonuna qədər Bakı şəhərində 10 yeni metro stansiyası tikiləcək, bununla da 4 kəsişmə stansiyası olacaq.

 

Bunu bu gün 20 Yanvar metrostansiyasında jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov deyib.

 

O qeyd edib ki, bu, Bakı şəhərinin ümumi mobilliyinin təmin olunması sahəsində görüləcək tədbirlərdən biridir.

 

“Müxtəlif mənbələrdən əldə olunmuş milyonlarla data təhlil edilərək paytaxt sakinlərinin hərəkət trayektoriyası müəyyən edilib, sıxlıq yaradan səbəblər və “dar boğaz”ların həll edilməsi metodları təhlil olunub. Ümumilikdə, ictimai nəqliyyatın bütün sahələri təhlil edilərək Bakı şəhərinin mobillik planı hazırlanıb”, – deyə o bildirib.

 

V.Alanov həmçinin əlavə edib ki, yeni 10 stansiyanın konseptual yerləri artıq bəllidir.

 

“Hazırda metropolitenin infrastrukturunda iki kəsişmə stansiyası mövcuddur. Birincisi, Memar Əcəmi stansiyasında Bənövşəyi xətt ilə Yaşıl xəttin kəsişməsi, digəri isə 28 May stansiyasında Qırmızı xətt ilə Yaşıl xəttin kəsişməsidir. Tikiləcək 10 stansiyada isə 4 əlavə kəsişmə olacaq. Bunlar metronun Nizami stansiyasında Bənövşəyi xətt ilə Yaşıl xəttin, Sahil metrosunda Qırmızı xətt ilə Bənövşəyi xəttin, Xətai metrosunda Yaşıl xətt ilə Bənövşəyi xəttin və nəhayət, Həzi Aslanov stansiyasında Yaşıl xətlə Qırmızı xəttin kəsişməsi olacaq. Bu kəsişmələr sərnişinlərə daha çevik marşrutlarla hərəkət etməyə və sıxlığın azalmasına ciddi təsir göstərəcək”, – deyə o qeyd edib.