Bakıda 124 yaşlı tarixi bina sökülür.
Tribunainfo.az xəbər verir ki, bu barədə memar Əbdül Hüseynov bildirib.O, qeyd edib ki, Salatın Əsgərova və Bül-Bül prospektilərinin kəsişməsində yerləşən yaşayış binası yerli əhəmiyyətli memarlıq abidəsidir. Bina 1899-cu ildə milyonçu İsa bəy Hacınski tərəfindən ikimərtəbəli yaşayış binası kimi tikilib:
“Bir neçə gün əvvəl ərazidə çəkiliş aparan yaxın dostum əlaqə saxlayıb. Evin sakinləri ilə söhbət zamanı məlum olub ki, evdəki mənzillərin bir qismi artıq alınıb və bina sökülməyə hazırlanacaq”.