Bakıda taksi sürücülərinin yeni fırıldağı – Diqqət!

Bakıda taksi sürücülərinin yeni fırıldağı – Diqqət!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün taksi xidmətlərində ən aktual problemlərdən biri taksi sürücülərinin müştəri maşına əyləşən kimi ondan sifarişi ləğv etməsini tələb etməsidir.
Sifariş ləğv edildikdə sürücü şirkətə komissiya haqqı ödəmir, şirkət isə sifarişi ləğv edilmiş kimi qeyd edir. Amma ən böyük problem bundan sonradır.
Əgər həmin vaxt hər hansısa bir hadisə baş verərsə, məsuliyyəti kim daşıyacaq?
Sərnişinlərin müraciətini nəzərə alaraq məsələylə bağlı ekspertə müraciət etdik.
Hüquqşunas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Bakupost.az -a açıqlamasında bunun bir kələk növü olduğunu bildirib:
“Bu bir kələk növüdür. Hər halda orda qeyri-səmimi münasibət və başqalarının mənafeyinə toxunmaq hədəflənib. Taksi sürücüləri şirkətə komissiya haqqı ödəməmək üçün müştəridən sifarişi ləğv etməyi tələb edir. Amma sabah həmin taksidə hansısa hadisə baş verəndə orda şirkətin də elə bir xüsusi məsuliyyəti yoxdur. Bütün məsuliyyəti yenə də sürücü daşıyır. Sadəcə taksi sifarişi operatoru taksi sürücüsüylə sərnişini bir-biriylə əlaqələndirir. Şirkət yalnız hadisədən sonra onu təsdiq edə bilər ki, filan saatda taksi sürücüsü o sifarişi yerinə yetirib.
Ona görə də sərnişinlər diqqətli olmalıdır. Hətta hansısa bir sürücünün belə bir təklif verməsi sərnişində şübhə doğurmalıdır. Şərnişin düşünməlidir ki, bu səmimi adam deyil və mənimlə problemi çıxarsa, o qeyri-səmimiyyətini ortaya qoyacaq”.