Bakıda hərəkətdə olan avtomobilin sürücüsü qəsdən digər avtomobili vurub.
Bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Belə ki, Bakının Nərimanov rayonu, Atatürk prospektində, hərəkətin intensiv olduğu bir vaxtda 77-HX-718 dövlət nömrə nişanlı “Prius” markalı avtomobilin sürücüsü 10-EA-350 dövlət nömrə nişanlı VAZ-2107 markalı maşını vuraraq yoldan çıxarmağa cəhd edib.
Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Oxu.az