Bakıda sürücü piyada zolağını zəbt etdi – FOTO

Bakıda sürücü piyada zolağını zəbt etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar paytaxtda dayanma-durma və parklanma qaydasını pozan sürücülərin sayı gündən-günə artmaqda davam edir. Bunların hamısı sürücülərdə məsuliyyət hissinin olmamasından baş verir.

TİA.AZ-ın Avtosfer.az-a istinadən xəbərinə görə, paytaxtın Üzeyir Hacıbəyov küçəsi ilə Rəsul Rza küçəsinin kəsişməsindəki piyada keçidinin üzərində park olunan avtomobilin görüntüləri kameraların obyektivinə tuş gəlib.

99-MP-052 qeydiyyat nişanlı, “Toyota” markalı avtomobilin sürücüsü qeyd olunan küçədə yolayrıcına beş metrdən yaxın dayanmaqla sürücülərə, piyada keçidinin üzərində dayanmaqla isə piyadaların hərəkətinə mane olub.