Bakıda su quyusuna düşərək ölən kişinin intihar etdiyi məlum olub.
Bakıda su quyusuna düşərək ölən kişinin intihar etdiyi məlum olub.
“Report” xəbər verir ki, ötən gün Sabunçu rayonu, Maştağa qəsəbəsində 50 yaşlı Əliyev Əbülfəz Mirəli oğlu özünü evinin həyətindəki su quyusuna ataraq intihara cəhd göstərib. Yaralı yaxınları tərəfindən xilas edilərək xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, Ə.Əliyev ailəli olub. O və ailəsi nitqi qüsurlu imiş.