Bakıda şirkət ofisində qadınlar arasında dava – Ərinin sevgilisini döydübackend

Bakıda şirkət ofisində qadınlar arasında dava – Ərinin sevgilisini döydü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda şirkətlərin birində həyat yoldaşının sevgilisini döyən qadına hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1984-cü ildə Bakı şəhərində anadan olmuş M.N. adlı qadın Bakıda fəaliyyət göstərən şirkətlərin birini ofisində A.N. adlı qadını döydüyü üçün saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi açılıb.

 

M.N.-nın A.N.-nı qısqanclıq səbəbindən döyməsi məlum olub. Belə ki, M.N.-nın Elnur adlı həyat yoldaşı ilə A.N. arasında sevgi münasibəti olub.

 

Qadın onların münasibətlərini sonlandırmaq üçün bıçaq götürərək şirkətə gedib. Onlar arasında əvvəlcə mübahisə olub və daha sonra M.N. əli ilə sonuncunun bilək nahiyəsindən dartaraq, ona xəsarət yetirib. Nəticədə zərərçəkmişin sağlamlığına yüngül zərər dəyib.

İddia olunur ki, dava məşhur iş adamı Aqibət Məmmədovun rəhbərlik etdiyi şirkətdə baş verib. Təqsirləndirilən şəxs A.N.-nı ərindən ayırmaq üçün əvvəlcə iş adamı Aqibət Məmmədovun kabinetinə şikayətə gedib. Orada N.B. adlı bir xanım onu içəri daxil olmağa qoymayıb. Bundan sonra hadisə baş verib.

 

Təqsirləndirilən şəxs məhkəmədə A.N.-ya xəsarət yetirmədiyini deyib. Sonuncu isə 2022-ci ildən M.N.-nın həyat yoldaşı ilə münasibətlərinin sonlandırdığını bildirib.

 

Məhkəmənin qərarı ilə təqsirləndirilən qadın Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 1000 AZN cərimə cəzası təyin edilib. M.N. həmçinin mənəvi zərərə görə A.N-ya 638 manat təzminat ödəyəcək.