Bakıda silahlı şəxs tutuldu

Bakıda silahlı şəxs tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda silahlı şəxs polis tərəfindən saxlanılıb.

Tribunainfo.az  xəbər verir ki, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 39 yaşlı Vüsal Salmanov saxlanılıb. Ondan “Makarov” markalı tapança, patron darağı və 4 ədəd patron aşkarlanıb.

Bildirilib ki, Xətai rayonu ərazisində polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlərlə isə 1 avtomat, 1 patron darağı və 14 ədəd patron tapılaraq götürülüb.