Nərimanov rayonunda səkilərin zəbt edilməsi, onların parkingə çevrilərək daha da daraldılması halları davam edir. Rayonda piyadaların hərəkəti üçün səki qalmayıb.
Tribunainfo.az xəbər verir ki, belə küçələrdən biri də Nərimanov rayonu Qarabağ küçəsidir. Heydər Əliyev Mərkəzinə yaxın olan bu küçədə səkilər o qədər daraldılıb ki, iki nəfər yanaşı gedə bilmir. Hətta səkidə siz hərəkət edərkən qarşıdan kimsə gəlirsə siz avtomobil yoluna düşməli olursunuz. Ancaq təbii ki, düşməyə yer olsa. Çünki səki daraldılaraq yol kənarında parkinq yaradılıb.
Səki dar, üstəlik, maşınlar da elə park edilir ki, səki daha da daralır, hərəkət mümkünsüz olur. Bu ərzinlərdə uşaq arabası ilə hərəkət etmək mümkün deyil.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən