Bakıda restoranda kütləvi dava – bıçaqlananlar var

Bakıda restoranda kütləvi dava – bıçaqlananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakının Binəqədi rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

Tribunainfo.az APA-ya istinadən bildirir ki, hadisə 7-ci mikrorayonda qeydə alınıb.Belə ki, iaşə obyektində müştərilər arasında dava düşüb.

Dava zamanı 1987-ci il təvəllüdlü Samir Xıdır oğlu Rəfiyev və 1986-ci il təvəllüdlü Müşfiq Kamran oğlu Cəfərov bədənin müxtəlif nahiyələrindən bıçaqlanıblar.
Yaralılar ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.