Bakının ən böyük rayonlarından olan Yasamalda uzun müddətdir davam edən özbaşına və qanunsuz tikintilər, piyada səkilərinin zəbt edilməsi davam edir.
Tribunainfo.az xəbər verir ki, Yasamal rayonun daha bir küçəsində piyada səkisi zəbt edilib. Söhbət Akademik Lətif İmanov küçəsindən gedir. Sözügedın küçədə açılan yeni “Chaikand” adlı restoran piyada səkisini qeyri-rəsmi parklanmaya çevirib. İndi sözügedən küçədə piyadaların hərəkəti üçün yer qalmayıb. Sakinlər bildirir ki, restoranın qarşısı avtomobillə dolu olur və hərəkət etmək mümkün olmur.
Sakinlər aidiyyəti qurumların problemlərlə maraqlanmamasından şikayətçidir.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar