Bakıda restoran müdiri şikayət etdi, müştəri həbs olundubackend

Bakıda restoran müdiri şikayət etdi, müştəri həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnsan sağlamlığının qorunması və müalicəsində bitkilərin rolu əvəzsizdir.
İnsan orqanizminə faydalı olan bitkiləri təqdim edirik.
Aloe
Aloe xalq arasında ən çox tanınan və istifadə edilən bitkilər arasında birinci yerdədir. Günəş yanıqlarında və ya hər hansı yanıq qəzalarında müalicəvi vasitə kimi istifadə olunur. Aloenin tərkibində 200-dən çox bioloji aktiv maddələr, vitaminlər, mikroelementlər, aminturşular, fitonsidlər, fermentlər və s mövcuddur. Bundan başqa bu bitkinin yüksək imunnitet yaratmaq, ağrı kəsmək və daha tez sağalmaq kimi xüsusiyyətləri var.
Nanə
Nanə çayı sakitləşdirici xüsusiyyətə malik bir bitkidir. Qaşınma, ağrı, böcəklər tərəfindən dişlənilən bədən hissənizə onun maddəsindən töksəniz çox sürətli təsirini hiss edəcəksiniz.
Çobanyastığı 
Çobanyastığı bitkisi çay şəklikdə istehlak edilir. Çobanyastığı bağırsaq problemlərinin müalicəsində ən çox seçilən bitkilərdən biridir. Yuxusuzluqdan əziyyət çəkənlər çobanyastığı çayından rahatlıqla istifadə edə bilərlər.
Gicitkən
Gicitkən qaynadıb, baş yumaq saç tökülməsinin qarşısını alır. Yaxud ayaqları 10-15 dəqiqə gicitkən qaynadılan suda saxlamaq dırnaqların sağlamlaşmasına, gecə rahat yatmağa kömək edir.
Zoğal
Zoğal şirəsinin cəmiyyət arasında ən çox tanınan xüsusiyyəti ifrazat sistemi problemlərini həll etməsidir. Zoğal suyu zəngin C vitamini mənbəyidir. Zoğal suyu bakterial infeksiyaları müalicə edir və xəstəliyin sağalmasını təmin edir. Zoğalın tərkibindəki turşular şiş və böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır.
Zəncəfil
Zəncəfil çayı güclü ağrı kəsicidir. Başağrısı zamanı zəncəfil çayı əvəzolunmazdır. Zəncəfil mədə ağrılarına da yaxşı təsir edir. Hər yeməkdən 20 dəqiqə əvvəl bir stəkan zəncəfil çayı için. Onun tərkibindəki virus öldürücü maddələr infeksiyanı qabaqlayar, ağrını, qızdırmanı və öskürəyin qarşısını alar.
Exinasiya
Exinasiya yaraları sağaltmaq üçün istifadə edilən və heç bir əks-təsiri olmayan bir bitkidir. Exinasia bitkisi qripə yaxşı gəldiyi üçün xüsusilə qış aylarında daha çox istifadə edilir. Exinasiya həm də immunitet sistemini gücləndirir və tez sağalmanı təmin edir. Öskürək və boğaz ağrısı exinasiya bitkisi ilə asanlıqla aradan qaldırılır.
Kəklikotu
Kəklikotu qaynadılmış suda çimmək orqanizmdə gedən duzlaşmanın və tərləmənin qarşısını alır.
Qriplə əlaqədar burundan, gözdən su gələrsə, öskürək olarsa, kəklikotunu qaynadıb buxarını 45 dəqiqə qəbul etmək lazımdır. Bu proseduru dörd gün ard-arda edərək faydasını görə bilərsiniz.