backend

Bakıda qəzaya düşən 400 minlik avtomobili kim sürürmüş? – AD AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən axşam saatlarında Bakının Xətai rayonunda baş vermiş yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub.  

Dünən axşam saatlarında Bakının Xətai rayonunda baş vermiş yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub. 

TİA.AZ Lent.az-a istinadən xəbər verir ki, Sabit Orucov küçəsi 15 ünvanının qarşısında 1966-cı il təvəllüdlü Quliyev Ceyhun Mirzəağa oğlunun sürdüyü “Bentley” ilə, 1991-ci il təvəllüdlü Əliyev Fərid Eyvaz oğlunun sürdüyü “KİA”nın toqquşması nəticəsində hər iki sürücü xəsarət alıb. Bundan başqa “KİA”nın sərnişini olan Aytən Quliyeva və Hülya İsgəndərzadə də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.


Qeyd edək ki, “Bentley” markalı avtomobillərin yenisinin qiymətləri 400-450 min manatdan başlayır.