Bakı-Quba yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində Post Patrul Xidməti (PPX) avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Bakı-Quba yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində Post Patrul Xidməti (PPX) avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Report-un xəbərinə görə, yolun Avtovağzal yaxınlığından keçən hissəsində 60 BL 368 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobil qarşıda gedən Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinə məxsus 99 AP 609 dövlət qeydiyyat nişanlı “Fiat” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Nəticədə xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Qəza “Opel” sürücüsünün avtomobili yuxulu vəziyyətdə idarə etməsi nəticəsində baş verib. Hadisə zamanı “Fiat”da sərxoşluğun yoxlanılması üçün müvafiq məntəqəyə aparılan bir kişi və bir qadın sərnişin olub.