Bakıda qardaş boşanan bacısını BIÇAQLADI: “Deyirdi ki, böyük oğlun var…”

Bakıda qardaş boşanan bacısını BIÇAQLADI: “Deyirdi ki, böyük oğlun var…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda bacısını bıçaqlamaqda təqsirləndirilən Fuad Quliyevin cinayət işi üzrə məhkəmə başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

“Ailədə söz söhbət oldu. Zərərçəkmiş doğma bacımdı. Bacımla münasibətimiz yaxşı olub. Onu vurmaq fikrim yox idi. O, bıçaq taxtanı samavara odun doğramaq üçün istifadə edirəm. Ona deyirdim ki, get öz evinə. Tez-tez ata evinə gəlməsi düzgün deyil. Ona cəmi bir dəfə bıçaq zərbəsi vurdum. Dərhal anamı çağırdım, daha sonra isə təcili tibbi yardıma zəng etdim. Bacımla barışıq sazişi imzalamışam”.

Zərərçəkmiş Ruhiyyə Quliyeva isə ifadə verərək bildirib ki, heç bir şikayət və tələbi yoxdu.

Şahid Gültəkin Quliyeva isə bildirib ki, təqsirləndirilən şəxs onun oğludur:

“Çöldən səs gəldi. Eşiyə çıxanda gördüm ki, qızım qan içindədi. Qızım boşanıb gəlmişdi. Söz-söhbət də elə bundan irəli gəlib. Qardaşına cavab qaytardığına görə bu hadisə baş verib. Oğlum hər zaman ona nəsihət edirdi ki, böyük oğlun var boşanmaq məsələsi haqqında düşünmə”.

Məhkəmənin növbəti iclası fevralın 4-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Fud Quliyev aralarında yaranmış mübahisə zəminində bacısı Ruhiyyə Quliyevanı bıçaqla vuraraq xəsarət yetirib.

Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. /Lent.az