Bakıda qanunsuz tikintinin qarşısı alınıb-VİDEO

Bakıda qanunsuz tikintinin qarşısı alınıb-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakıda qanunsuz tikintinin qarşısı alınıb.

Bu barədə Tribunainfo.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikintinin qarşısı alınıb və obyekt nəzarətə götürülüb.