Bakının Suraxanı rayonunda ardarda iki bədbəxt hadisə baş verib. Bakının Suraxanı rayonunda ardarda iki bədbəxt hadisə baş verib.
TİA.AZ Report-a istinadən xəbər verir ki, eyni ünvanda yaşayan kişi və qadın binanın 3-cü mərtəbəsindən yerə yıxılaraq xəsarət alıb.
Hadisə Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. Əvvəlcə qəsəbənin ev 7A ünvanında yaşayan 1972-ci il təvəllüdlü Hüseynova Nəzakət, ardınca isə 1982-ci il təvəllüdlü Rzayev Teymur Vaqif oğlu 3-cü mərtəbənin eyvanından yerə yıxılıb. Onların hər ikisi xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.