Bakıda 30 yaşlı qadın özünü binadan atıb. Bakıda 30 yaşlı qadın özünü binadan atıb.
APA-nın məlumatına görə, hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsində qeydə alınıb. 1987-ci il təvəllüdlü Lalə Tofiq qızı Yaqubova özünü yaşadığı binanın 8-ci mərtəbəsindən atıb. Nəticədə o, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. L.Yaqubovanın vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.