Bakıda qadın azyaşlı uşağı ilə birgə intihara cəhd edib

Bakıda qadın azyaşlı uşağı ilə birgə intihara cəhd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda intiharın qarşısı alınıb.

TİA.AZ-ın  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər qadın azyaşlı uşağı ilə birlikdə intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində intihar cəhdinin qarşısı alınıb.