Bu dəqiqələrdə Səbail rayonunda yerləşən Əl Oyunları Sarayında keçirilən basketbol beynəlxalq yarışında polis əməkdaşları 10000 manat pul tapıblar.
Tribunainfo.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin rəhbəri polkovnik Elşad Hacıyev məlumat yayıb.
Nazirlik rəsmisi pulun sahibi axtardıqlarını və həmin şəxsin polislərə yaxınlaşmasını xahiş edib. “Xahiş edirik, pul itirən hansısa iştirakçı varsa, yaxınlıqda olan polis əməkdaşlarına məlumat versinlər”.
Qeyd edək ki, Elşad Hacıyev bu məlumatı “Təcili” adı ilə yayıb.