Bakıda piyadaların hərəkətinə əngəl törədən keçid: “Qurumlar məsuliyyətsiz yanaşırlar” – VİDEO

Bakıda piyadaların hərəkətinə əngəl törədən keçid: “Qurumlar məsuliyyətsiz yanaşırlar” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xətai rayonu Əhmədli qəsəbəsində sakinlər paytaxtda inşa edilən piyada keçidlərində liftlərin işləməməsindən narazıdırlar.

Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər məlumat verib.

Onların sözlərinə görə, bu səbəbdən sakinlər yolu təhlükəli şəkildə keçməyə məcbur qalırlar.

Belə ki, sözügedən ərazidəki “Ukrayna dairəsi”ndə piyadalar üçün inşa edilən yerüstü keçid hündürdür:

“Yaşlı insanlar, uşaq arabası ilə gəzən xanımlar bu keçiddən istifadə edə bilmirlər, o pilləkənləri çıxa bilmirlər. Lift qoyulub, amma o da işləmir. Məsələ ilə bağlı aidiyyəti qurumlar məsuliyyətsiz yanaşırlar. İnsanlar avtomobillərin yüksək sürətlə hərəkət etdiyi avtomobil yolunu keçmək üçün həyatlarını təhlükəyə atırlar”.