Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib.
FHN-dən verilən xəbərə görə, xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.