Bakıda övlad anasının ölümünə səbəb olub? – VİDEObackend

Bakıda övlad anasının ölümünə səbəb olub? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ananın öz qızının vurduğu iynədən sonra şoka düşərək vəfat etdiyi iddia edilir.

Bildirilib ki, 71 yaşlı Sədaqət Zeynalabdin qızı Bayramova xəstə olduğu üçün öz övladı ona antibiotik iynəsi vurub.

Bu zaman onun səhhəti daha da ağırlaşıb. Yaşlı qadın xəstəxanaya aparılarkən yolda keçinib.

Mərhumun oğlanları bildiriblər ki, əslində, yayılan məlumat həqiqəti əks etdirmir. Onların sözlərinə görə, anaları ürək çatışmazlığından vəfat edib. Sadəcə xəstəxanada anasının keçindiyini eşidən qızı başına döyərək, “axı mən sənin iynəni niyə gec vurdum” deyərək ağlayıb. Bunu eşidənlər isə belə şayiə yayıblar.