Bakıda oteldə Türkiyə vətəndaşının meyiti aşkarlanıb.
Tribunainfo.az “teleqraf.com”a istindla xəbər verir ki, hadisə fevralın 1-i saat 12 radələrində paytaxtın Nərimanov rayonu Həsən Əliyev küçəsində yerləşən hoteldə baş verib.
Türkiyə vətəndaşı olan 1962-ci il təvəllüdlü Halil Goralın meyiti qaldığı otel nömrəsində tapılıb. Meyit üzərində zorakılıq əlamətinin olmadığı bildirilir.