Bakıda orta aylıq əməkhaqqı 50 qəpik artıb – Rəsmi

Bakıda orta aylıq əməkhaqqı 50 qəpik artıb – Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 375,4 manat olub.
Yeniavaz.com Bakı Şəhər Statistika İdarəsinin açıqladığı sonuncu rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əməkhaqqı əvvəlki dövr ilə (yanvar-may) müqayisədə 50 qəpik artıb.
Belə ki, bu ilin yanvar-may aylarında Bakıda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 374,9 manat qəpik olub.
Onu da bildirək ki, bu ilin əvvəlindən ötən 6 ay ərzində paytaxt Bakıda orta aylıq əməkhaqqı aşağıdakı kimi olub:
Yanvar – 1 332,6 manat;
Yanvar-fevral – 1 303,2 manat;
Yanvar-mart – 1 357,3 manat;
Yanvar-aprel – 1 385,9 manat;
Yanvar-may – 1 374,9 manat;
Yanvar-iyun – 1 375,4 manat.