Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında yerləşən “Beer Coin Pub” adlı restoranda dava düşüb.
Tribunainfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı 1992-ci ildə Bakı şəhərində anadan olmuş Rəşad İsmayılov (şərti) saxlanılıb.
Dava zamanı Rəşad “Beer Coin Pub”ın icarədarı Mehriban adlı qadını döyüb. Belə ki, o, Vüsalə adlı tanışı ilə sözügedən restorana gedərək bir neçə bakal pivə və bir energetik içki içib. Mehriban kassada onlardan 76 manat hesab istəyib.
Əvvəlcə Vüsalə bir neçə bakal pivə və bir energetik içkiyə görə 76 manatın çox olduğunu bildirib. Bu zaman Rəşad yumruqla sonuncunun sifət nahiyəsinə vuraraq, burnunu sındırıb.
Rəşad məhkəmədə qadını vurmasını səbəbini belə izah edib: “Hesabı çox istəyirdi…”
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1000 manat cərimə edilib.