Meymunları itən dostlar göz yaşlarını tuta bilmirlər…
Meymunları itən dostlar göz yaşlarını tuta bilmirlər…
”Xəzər Xəbər”ə müraciət edən 2 dost günlərdir Bakıda itən meymunu axtarırlar. Ancaq axtarışları nəticəsiz qalıb. İlqar Aşurzadə deyir ki, onun çox sevdiyi meymununun ləqəbi ”Maka”olub. Pakistandan gətirilən ”Maka” xüsusi təlim də keçib. Bir həftədən artıqdır paytaxtın Nəsimi rayonu, Əlovsət Quliyev küçəsində yerləşən evin eyvanından yoxa çıxan meymun tapılmır ki, tapılmır. ”Maka”nı 8 ay bundan əvvəl dosdu İlqara hədiyyə edib. İlqar Aşurzadə isə bu müddət ərzində həmin meymuna öyrəşdiklərini deyir. 5 min dollara yaxın qiyməti olan meymunu tapanı qiymətli hədiyyə və ya pul mükafatı gözləyir.
İtən meymunla bağlı İlqar artıq polisə də məlumat verib. Hələlik isə heç bir nəticə yoxdur.