Bakıda metrodan istifadə edənlərin sayı azalıb

Bakıda metrodan istifadə edənlərin sayı azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı 127 587,1 min. olub, bu da illik müqayisədə 1,9% azalma deməkdir.

Bu barədə  Tribunainfo.az-a  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, ötən ilin yanvar-iyul aylarında Bakı metropolitenindən 130 103,4 min sərnişin istifadə edib.

Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir.