24 may 2024-cü il tarixində, H.Əliyev adlna Sarayda, Türk dünyasının xalq yaradıcılığı musiqisinin tanınmış nümayəndəsi, yazıçı və bəstəkar Ali Kınıkın Bakıdakı ilk solo konserti uğurla baş tutdu.
Tribunainfo.az xəbər verir ki, müəllif Bakı tamaşaçısı ilə ilk görüşünə dillər əzbəri olan “Yalnız deyilsən” mahnısının adını daşıyan konsert proqramı ilə gəlmişdir.
“Önümüzdə dağlar, düşmənlər əyilsin.
Mən varam yanında yalnız deyilsən”.
Əslində bu, Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını, birliyini çox gözəl simvolizə edən bir ifadədir – Yalnız deyilsən. Biz yaxşı gündə, pis gündə, sevincdə, kədərdə hər zaman bərabər olduq. Atatürk deyirdi ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Milli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı — Azərbaycan Türkiyə münasibətlərini ən gözəl şəkildə xarakterizə edən milli konsepsiyadır. Prezident İlham Əliyev bu birliyi, dostluğu, qardaşlığı belə ifadə edir – “Bir millət, iki dövlət, bir yumruq!”
Məhz Azərbaycan və Türkiyyə müəlliflərinin təması və yaradıcılıq mübadiləsi işlərinin daha da təkmilləşməsinə görə “Müəllif Hüquqları Uğrunda İctimayi Birliyi”nin təşəbbüsü ilə təşkil olunan bu konsert, aktual və çox dərin məna kəsb edir. Yaradıcılığı ilə Türk dünyasını tərənnüm edən və Türkiyə müəlliflərini təmsil edən Ali Kınıkın bu konserti də məhz bu birliyi simvolizə edir.
”Bakıya ilk addımımı atan kimi, birbaşa Şəhidlərimizi anmağa və dahi Heydər Əliyevin məzarını ziyarət etməyə yollandıq. Böyük qürür və ehtiram hissi yaşadım. Bu şəraiti mənə və komandama yaradan hər kəsə dərin təşəkkürümü bildirirəm”, – deyə müəllif səmimi hisslərini tamaşaçılarla bölüşdü.
Ali Kınık ifasına söz və müsiqisi özünə aid olan “Tanrının Ordusu” mahnısı ilə başladı və “Yalnız değilsin”, “Ali Ayşeyi seviyor”, “Kurtlar Sofrası”, “Koca reis”, “Bir Allahın kulu varmı”, “Türkün gücü” kimi populyar mahnıları ilə davam etdi.
Konsertdə ansablın bədii rəhbəri və ifaçı Ali Karahanlı söz və musiqisi İbrahim Erkala aid “Canısı” və “Yalnızım” mahnılarını öz ifasında tamaşaçılara təqdim etdi. Ansamblın ən gənc üzvü, kaman ifaçısı Efekan Efeoğlu öz vokal imkanlarını sözləri Mədinə Gülgünə, musiqisi Ələkbər Tağıyevə aid “Sən gəlməz oldun” mahnısını maraqlı və özünəməxsus tərzdə ifa edərək tamaşaçılara xoş anlar yaşatdı.
Azərbaycan və Türkiyyəni var edən, müstəqlliyimizi möhkəmləndirən güclü liderlər uğrunda canından keçən qəhrəmanlardır. Konsrtdə ilk dəfə olaraq Azərbaycan şəhid övladlarından ibarət “Zəfər sədası” xor qrupu ilə “Türk Silahlı kuvvetleri eğitim vakfı İstanbul Haydarpaşa yüksek öğrenim öğrenci yurdu”nun şəhid övladlarının birgə dostluq, qardaşlıq dueti – “Türk övladı” marşı tamaşaçılara təqdim olundu.
Sözləri Baba Vəziroğluna, müsiqisi Gövhər Həsənzadəyə məxsus bu layihə üzərində il yarımlıq bir əziyyət var. Şəhidlərimizin bizə əmanəti “Zəfər Sədası Xorunun” səhnəyə ilk yolunun Ali Kınıkla başlaması da təsadüfi deyil. Torpağa, Vətən bağlı, Türk dünyasını tərənnüm edən bir sənətkarın müqəddəs amallar uğrunda canından keçən şəhid övladları ilə birgə tandemi əminik ki, uğurlu bir seçimdi. Mahnının “Zəfər Sədası Xorunun”, Ali Kınık və ansamblı, eləcə də Nəcəf Quliyevin rəhbərliyi altında F.Əmirov adına 6 nömrəli İncəsənət məktəbinin nağara qrupunun ifasında təqdimatı olan ilk andan, musiqi bitən ana qədər bütün konsert salonu ifaçıları ayaq üstə alqışlarla müşaiyyət etdilər. Qəhrəman şəhidlərimizə olan sayqı və ehtiramın sonsuzluğu bir daha özünü təsdiqlədi. Aparıcı Günay Yelmarqızı bu layihədə əməyi keçən hər kəsi – “Zəfər sədası” layihə rəhbəri – Həcər Əkbərovanı, layihə koordinatoru – Günel Süleymanovanı, Dirijor – Firəngiz Xəlilovanı və canla-başla çalışan aranjıman və mix master işini görən Samir Əsədovu və Ruhin Məmmədovu qeyd etdi.
Daha sonra Ali Kınık sözləri Dilaver Cebeciyə, musiqisi Mustafa Yıldızdoğana məxsus “Ölürüm Türkiyə” və sözləri Əhməd Cavada, musiqisi dahi Üzeyir bəy Hacıbəyova məxsus “Çırpınırdı Qara Dəniz” mahnılarını tamaşaçılarla bərabər ifa etdi böyük coşqulu anlar yaşadaraq vidalaşdı.
Beləliklə Azərbaycan-Türkiyə birliyinin ruhunu duyduğumuz, MÜƏLLİF HÜQUQLARI UĞRUNDA İCTİMAİ BİRLİYİNİN TƏQDİMATINDA, “YAZ” Mediagroup, İnterval.az, “Z Company-2007” və “ALX” Holdinqinin təşkilati dəstəyi ilə keçirilən möhtəşəm bir konsert proqramı uğurla başa çatdı, ancaq bizim dostluğumuz, qardaşlığımız əbədidir. Hər birimiz çox yaxşı bilirik ki, BİZ YALNIZ DEYİLİK!