Bakının Səməd Vurğun küçəsində əlbəyaxa dava baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, “Niaqara” şadlıq sarayının qarşısında toydan çıxan şəxslər arasında mübahisə yaranıb. Nəticədə, onlar bir-birlərini yumruqlamağa başlayıblar.
Artəıq davada iştirak edənlərdən biri müəyyən olunub. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır: “Davada iştirak edən şəxslərdən biri, 1981-ci il təvəllüdlü M.Həsənov müəyyən edilib, izahatı alınıb. Əlavə araşdırmalar davam etdirilir”.