Bakıda məşhur klinikada qadın əməliyyatdan sonra öldü

Bakıda məşhur klinikada qadın əməliyyatdan sonra öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda özəl klinikada ölüm hadisəsi baş verib.

Tribunainfo.az “Teleqraf”a istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında “Premium Clinic”də qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Çimnaz Sahib qızı Bəşirova oktyabrın 7-də sözügedən klinikada əməliyyat olunub. Ötən gün isə klinikadan evə buraxılmalı olan qadının halı qəfil pisləşib və orada dünyasını dəyişib.

Qadının ailəli olduğu bildirilir.