Bakıda məşhur klinika PASİYENTİ BELƏ ALDATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azad İstehlakçılar Birliyinə üzücü şikayət daxil olub. 

Azad İstehlakçılar Birliyinə üzücü şikayət daxil olub.

TİA.AZ  xəbər verir ki, birlikdən movqe.az-a bildirdilər ki, məktubda Bakı şəhəri N. Hacıyev küçəsi 11/14 mənzil 20-də yaşayan Məmmədov Fazil Məşədi oğlu paytaxtda fəaliyyət göstərən “Mediclub” klinikasında aldadıldığını iddia edir. 

Məktubun məzmunu belədir: 

“Bu ilin əvvəlində səhhətimdə bəzi narahatlıqlar yarandı. Müayinə bunun göbək yırtığı olduğunu göstərdi. Problemlə bağlı 2016-cı il iyun ayının əvvəlində Bakı şəhəri, Səbail rayonu Üzeyir Hacıbəyov 119 A ünvanında yerləşən “Mediclub” klinikasına müraciət etdim. Həmin anda göbək yırtığının ölçüsü 1 santimetr idi. “Mediclub” klinikasının həkimi Eyvazov Şükür məni müalicə etmək üçün təhkim olundu. Müayinədən sonra həkim Eyvazov bunun gələcəkdə səhhətimdə ağır fəsadlar törədəcəyinə, hətta ölümlə nəticələnəcəyinə inandırdı və təkidlə əməliyyat olunmağımın gərəkli olduğunu bildirdi. Mən isə əməliyyatı payız ayında etmək istədiyimi bildirdim və bunu əsaslandırdım. Lakin həkim əməliyyatın vacib olduğunu bildirdi. Eyvazov bu işdə yüksək ixtisaslı olduğuna inandıraraq həmin nahiyəyə  böyük tor yerləşdirəcəyini və problemi ömrümün sonuna qədər həll edəcəyinə əmin etdi. Məni uzun müddət dilə tutmağa başladı. Bildirdi ki, əməliyyatı gecikdirməklə həyatımı təhlükə altına atıram. Əməliyyatın yüngül və maksimum iki gün sonra evdə olacağıma əmin etdi. Bir sözlə, Eyvazov məni inandıraraq, razı saldı. 2016-cı ilin 6 iyun tarixində əməliyyat olundum. Əməliyyatdan öncə həkimlər müəyyən müqavilə imzalatdılar. Bunun formal xarakter daşıdığını bildirdilər. Əməliyyata qədər heç bir prosedur keçilmədi və ümumi anasteziya altında oldu. Əməliyyat zamanı tikişin ölçüsü 4 santimetr oldu. Amma 3 gün sonra həkim Eyvazov əməliyyat nahiyəsində müəyyən problemlərin olduğunu dedi. Kompüter tomoqrafiyası müayinəsindən sonra həkim Eyvazov ikinci əməliyyatın vacib olduğunu bildirdi. Belə ki, bunun ölüm ya olum məsələsi olduğunu qeyd etdi. Nəyahət, həmin ayın 9-da ikinci əməliyyat üçün həkim mənə müqavilə imzalatdı. Bildirdi ki, ikinci əməliyyat olmasa, mənim ölümüm qaçılmazdır. Müqaviləni mənə əməliyyat otağında təqdim etdiklərinə görə onunla tanış ola bilmədim.  İkinci əməliyyatdan sonra isə tikişin ölçüsü 35 santimetrə çatdı. Bu əməliyyatdan sonra həkim Eyvazov Şükür bildirdi ki, hər şey qaydasındadır və iki gün sonra evə buraxılacam. Lakin əməliyyatın ikinci günü hiss etdim ki, tikişlər öz-özünə aralanır. Həkim bildirdi ki, qorxulu nəsə yoxdur və bir həftə sonra bağlanacaq. 15 iyun 2016-cı il tarixində “Mediclub” klinakasından tərxis oldum. Lakin sarğını dəyişmək üçün gündəlik oraya getməli idim. Təxminən iki ay sarğını dəyişmək üçün hər gün klinikaya getdim, amma deşik bağlanmadı”.

Şikayətlə bağlı Məmmədov Fazil ilə əlaqə yaratdıq. Məmmədov Fazil şikayət ərizəsinin olduğunu təsdiqlədi. Əlavə etdi ki, həmin deşik bir müddət qaldı və oradan gələn axıntı onu narahat edirdi. “Problemə görə başqa bir klinikada üçüncü dəfə əməliyyat olundum. Hazırda müayinə alıram. “Mediclub” klinikasının həkimi Eyvazov Şükür isə məndən hər əməliyyata görə 2000 manat olmaqla, 4000 manat allıb. Amma bir çox həkimlərlə məsləhətləşdim.  Hamısı da bildirdi ki, ilk və ikinci əməliyyatlardan sonra yaranmış bütün fəsadlar həkim Eyvazovun səriştəsizliyinin nəticəsidir. Şikayət etmişəm, araşdırılır”.

Məsələ ilə əlaqədar adı keçən həkim Eyvazov Şükürlə əlaqə saxladıq. Həkim Eyvazov isə pasiyentin yalan danışdığını bildirdi. “Hazırda həmin iş araşdırılır: Sadəcə, biz tam araşdırmanın cavabını gözləyirik. Məmmədov Fazil əməliyyatdan 6 ay sonra telefonla məni şantaj edir ki, guya əlavə pul almışam. 6 aydan sonra məni telefonla şantaj edib ağlasığmaz miqdarda pul istəyir. Amma mən onu ikinci dəfə təmənnasız əməliyyat etmişəm. Əməliyyatın videoçəkilişi də var. Sənədlər də göstərir ki, həkim onu ağır vəziyyətdə qəbul edib. Həmin şəxs limonu diri-diri udub və bağırsağı tıxanıb”.