Bakıda məşhur cibgir tutuldu – Fotobackend

Bakıda məşhur cibgir tutuldu – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda cibgirliklə məşğul olan şəxslər polis tərəfindən saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, 38 saylı avtobusda bir sərnişinin 327 manatını oğurlayan 1972-ci il təvəllüdlü Vüqar Həsənov və 1963-cü il təvəllüdlü Akif Zeynallı tutulublar. Onların paytaxtda müxtəlif avtobuslarda 60-dan artıq şəxsin pulunu cibgirlik edərək ələ keçirdikləri məlum olub.

Qeyd edək ki, Vüqar Həsənov (“Cibgir Vüqar”) əvvəllər də eyni əməllərə görə saxlanılıb və dəfələrlə məhkum olunub.

Araşdırmalar aparılır.

Fotoda: Akif Zeynallı