“Humanizm Ermənistan-Azərbaycan arasında sülh yaratmaq üçün əsasdır”
“Humanizm Ermənistan-Azərbaycan arasında sülh yaratmaq üçün əsasdır”
TİA.AZ azVision.az-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi:
əsas maneələr və nizamlama perspektivləri, Ermənistandan və Azərbaycandan baxış” adlı beynəlxalq konfransda çıxış edən
erməni hüquq müdafiəçisi Vahe Avetyan bildirib.
“Azərbaycanda məni çox yaxşı qarşıladılar. Təəssüratlarım çox müsbətdir. Mən bir həftə əvvəl bura gəlmişəm və bu səfəri şəxsi Həcc ziyarətim adlandırmışam. Bura siyasətçi kimi deyil, həm də yazıçı və şəxsiyyət kimi gəlmişəm. Bakıya gəlib Xocalı
soyqırımı qurbanları, günahsız insanların önündə baş əymək istəyirdim”,- deyə Avetyan bildirib.
Avetyan vurğulayıb ki, Qarabağ münaqişəsi xalqlar arasında vasitəçilər olmadan öz həllini tapmalıdır: “Mən iki xalqın birlikdə sülh şəklində yaşamasını arzulayıram. Xalqlar arasında mənədiyyət mübadiləsinin olmasını istəyirəm. Biz ictimai təşkilatlar öz hökümətlərimizə münaqişəni həll etməyə köməklik edə bilərik. O səviyyə çatmışıq ki, bizə yardım etmələri üçün üçüncü tərəfləri cəlb etmişik.
Biz artıq 27 ildir ki, münaqişə vəziyyətindəyik. Bu məsələni həll etmək lazımdır”.