Bakıda məktəbdə məktəblilər arasında BIÇAQLAŞMA

Bakıda məktəbdə məktəblilər arasında BIÇAQLAŞMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda 11-ci sinif şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.
Tribunainfo.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsindəki orta məktəbin qarşısında qeydə alınıb.
Orta məktəbin 11-ci sinif şagirdləri 2008-ci il təvəllüdlü S.X. sinif yoldaşı N.V. ilə mübahisə edib. Mübahisə nəticəsində S.X. sinif yoldaşı N.V.-yə çoxsaylı bıçaq zərbələri endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirləndirilən yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.