Bakıda “Maserati” ilə “avtoş”luq edən sürücü həbs edildi – 20 gün(FOTO)

Bakıda “Maserati” ilə “avtoş”luq edən sürücü həbs edildi – 20 gün(FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Bakıda “Maserati” markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib. 
Avtosfer.az xəbər verir ki, yol polisi onu Neftçilər prospektində “avtoş”luq etdiyi üçün saxlayıb.
DYP əməkdaşlarına tabe olmayan sürücünün idarə etdiyi maşını bir qədər sonra saxlamaq mümkün olub.
Araşdırma zamanı məlum olub ki, 10 ZL 101 dövlət nömrə nişanlı avtomobili idarə edən şəxs İsmayıl Kamal oğlu Mədətovdur.
Onun barəsində toplanmış materiallar Səbayel rayon Məhkəməsinə təqdim edilib.
Məhkəmənin qərarə ilə sürücü İsmayıl Mədətov 20 gün inzibati həbs cəzasına məhkum edilib.
Bundan əlavə, onun sürücülük hüququ da məhdudlaşdırlıb.
TİA.AZ