Sabunçu rayonu Bakıxanov qəsəbəsində oğurluq hadisəsi baş verib.
Sabunçu rayonu Bakıxanov qəsəbəsində oğurluq hadisəsi baş verib.
ARB TV xəbər verir ki, uşaq-geyim mağazasında müştəri satıcının pul kisəsini oğurlayıb. Oğru mühafizə kamerası ilə anbaan qeydə alınıb.
Mağazaya gələn qadın satıcının yerində olmadığını görüb onun pulqabısını götürüb. Daha sonra isə obyekti tərk edib. Zərərçəkən hadisə barədə polisə müraciət edib.
Faktla bağlı araşdırmalar başlayıb.