Bakıda kütləvi dava: Bıçaqlanan var

Bakıda kütləvi dava: Bıçaqlanan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal rayonunda iaşə obyektində dava zamanı bir nəfər xəsarət alıb.

TİA.AZ report-a istinadən xəbər verir ki, hadisə İzmir küçəsində baş verib.

Həmin küçədə yerləşən “Solfeggio Lounge & Club”da əlbəyaxa dava olub.

 Gecə saatlarında 1991-ci il təvəllüdlü Rəhimov Tərlan Aydın oğlu naməlum şəxslərlə əlbəyaxa dava edib. Naməlum şəxslərdən biri ona bir neçə bıçaq zərbəsi endirib. Yaralı təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.