Bakıda külək təhlükəsi: ağaclar “yox edilir” – Foto

Bakıda külək təhlükəsi: ağaclar “yox edilir” – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabaha proqnozlaşdırılan güclü küləklə bağlı hazırda Bakının Binəqədi rayonu, Abay Kunanbayev küçəsində qurumuş ağacların kəsilməsinə başlanılıb.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən Axar.az-a bildirilib ki, ərazidə ağacların budanması işləri aparılıb:

“Həmin ərazidə ağaclar kəsilmir, sadəcə olaraq, Binəqədi Rayon Yaşıllaşdırma İdarəsinin əməkdaşları tərəfindən qəza vəziyyəti yaradan ağacların budanılması işləri həyata keçirilir. Budanma işləri mövsümdən asılı olaraq yaz və payız aylarında, eləcə də hava şəraitinin kəskin dəyişdiyi dövrlərdə yarana biləcək hər hansı təhlükənin qarşısını almaq məqsədilə aparılır. Budanma işləri Binəqədi rayonunun müxtəlif ərazilərində həyata keçirilir”.