Tanınmış kitabçı Xan Rəsuloğlu sosial şəbəkədə ürəkdağlayan foto paylaşıb.
Tribunainfo.az xəbər verir ki, kitabçının sözlərinə görə, adətən, Sumqayıtda yerləşən dükanında pilləkənlərin üstünə kitablar düzür.
Axşamlar qoyub getdiyi kitablar da ehtiyacı olanlar üçün nəzərdə tutulur.
Ancaq səhəri gördüyü mənzərə onu dəhşətə gətirib.
Belə ki, kitabları pilləkənlərdən yerə tullayıb balçığa bulaşdırıblar. Paylaşıma rəy yazan kitabsevərlər isə bu hərəkəti barbar və kitaba nifrət edən bir adamın etdiyini düşünürlər.
Ceyran