backend

Bakıda kişi intim görüntülərinə görə 108 min manat ödədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda kişini intim görüntüləri ilə şantaj edən şəxs ondan 108 min manat alıb. Bakıda kişini intim görüntüləri ilə şantaj edən şəxs ondan 108 min manat alıb.

TİA.AZ “Report”-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, paytaxt sakini 34 yaşlı N.V. hüquq-mühafizə orqanlarına müraciət edərək şantaj olunduğunu bildirib. Şikayətçinin sözlərinə görə, əvvəldən tanıdığı Samir adlı şəxs hədə-qorxu gələrək onun müxtəlif qadınlarla olan intim görüntülərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib və həmin görüntüləri yaymamaq müqabilində 100 min manat alıb. Bu ilin fevral ayında həmin şəxs N.V.-dan daha 8 min manat alıb.
Əlacsız qalan şəxs polisə müraciət edib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.