“Bakıda keçirilən Türkiyə-İsrail görüşü Azərbaycana ciddi nüfuz gətirəcək”

“Bakıda keçirilən Türkiyə-İsrail görüşü Azərbaycana ciddi nüfuz gətirəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, Bakıda Türkiyə və İsrail nümayəndələri arasında Suriya mövzusu ilə bağlı görüş keçirilib.

Tribunainfo.az xəbər verir ki, bu görüşün təşəbbüskarı rəsmi Bakı olub.

Lakin həmin görüş Ermənistanda narahatlığa səbəb olub. Erməni siyasi dairələri Azərbaycanın belə bir imkan və nüfuza malik olmasını qısqanmaqla yanaşı, həm də qorxmaları üçün səbəb olduğunu deyirlər. Ekspert Armen Petrosyan deyir ki, Bakıda Türkiyə-İsrail danışıqlarının keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzuna ciddi xeyirlər gətirəcək. “Əlbəttə, Əliyev öz beynəlxalq nüfuzunu gücləndirmək və isbat etmək üçün yaranmış vəziyyətdən məharətlə istifadə etdi”.

Fərda Uğur