Bakıda iş mərkəzlərində od tutub yanan qiymətlər – ARAŞDIRMA

Bakıda iş mərkəzlərində od tutub yanan qiymətlər – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlər Bakıda iş mərkəzlərinə maraq artıb. Xüsusilə kiçik və orta biznes subyektləri ayrıca ofislərdə deyil, iş mərkəzlərində ofis icarələməyə üstünlük verirlər. Bunun da əsas səbəbi peşəkar və işgüzar reputasiya, mərkəzləşdirilmiş infrastruktur, networking imkanları, əlverişli məkan, çeviklik, hazır xidmətlər və digər faktorlardır. Hansı ki, bu faktorlar iş mərkəzlərini şirkətlər üçün cazibədar və sərfəli seçim halına gətirir.

APress.az Bakıdakı biznes mərkəzləri və plazalarla bağlı araşdırma aparıb.

Araşdırma zamanı məlum olub ki, əksər plazalarda yerlər məhduddur və əsasən, yüksək kvadrtalı ofislər müştərilərə təqdim olunur.

“DƏMİRÇİ PLAZA”

Bu plazada ofislər üçün yerlər məhduddur. Ofislərin qiyməti mərtəbədən asılı olaraq dəyişir. Yuxarı mərtəbələrdə qiymətlər nisbətən ucuzdur. Qiymətlər hər kvadratmetr üçün təxminən 30-40 manat civarındadır.

“CASPIAN PLAZA”

“Caspian Plaza”da ofisin hər kvadratmetri təqribən 30 manatdır. Bura plaza tərəfindən təqdim olunan xidmətlər də daxildir: təmizlik, kommunal və s.

“ÇIRAQ PLAZA”

“Çıraq Plaza”da ofisin bir kvadratmetri təxminən 30 manata təklif olunur. İnternet, rabitə və təmizlik xərcləri üçün və əlavə vəsait tələb olunur.

“ISR PLAZA”

Şəhərin mərkəzində yerləşən bu plazada yer tapmaq müşküldür. Qiymətlər də ucuz deyil. Təxminən 45 manatdır. Əlavə xidmətlərə görə də, pul ödənilir.

“ÇİNAR PLAZA”

Bu biznes mərkəzində xidmətlər yüksəkdir. Müştərilərin rahatlığı üçün unikal imkanlar yaradılıb. Təqribi icarə haqqı 30 manatdır.

“BABƏK PLAZA”

Bu plazada qiymətlər nisbətən ucuzdur. Hər kvadratmetr üçün 15 manat civarında icarə ödənişi tələb olunur. Amma digər xərclər üçün ayrıca vəsait ödənilməlidir.

“AĞA CENTER”

Burada da qiymətlər təxminən 15-25 manat arasında dəyişir. Xətai rayonunda yerləşən bu plazada digər xidmətlərə görə, əlavə vəsait alınır. Əsas etibarilə yerlər doludur.

“AZURE BİZNES MƏRKƏZİ”

8 noyabr prospektinin mərkəzə doğru bitən hissəsində yerləşən bu iş mərkəzində qiymətlər mərtəbəyə, müxtəlif amillərə görə dəyişir. Təqribi qiymət hər kvadratmetr üçün 20 manatdır.

“WORLD BUSİNESS CENTER”

Mərkəzdə yerləşən bu biznes mərkəzində də qiymətlər fərqlidir. Ortalama qiymət 20 manatdır. Xidmət üslubu fərqlidir və əlavə xərclər üçün də vəsait alınır.

“LOTFİ ZADEH TECHNOLOGY CENTER”

Bu mərkəzdə əsas diqqətçəkən məqam fərqli yanaşma tərzi ilə bağlıdır. Burada fərdi masa icarəyə götürür, əlavə olaraq limitsiz internet, çay və ya qəhvə imkanından yararlana bilirsən. Buna görə, 400-600 civarında ödəniş tələb olunur.

Qeyd edək ki, palzalarda ofisi təkcə kirayələmək yox, almaq da mümkündür. Son vaxtlar bu üsuldan da geniş istifadə edilir. Sahibi olduğun ofisdən əldə edilən gəlirin müəyyən miqdarını iş mərkəzinə verməklə normal qazanc əldə etmək mümkündür. Yaxud da ofisə xərclənən əlavə vəsaitlərdən qurtulmuş olursan.

/Azər Niftiyev