İslam oyunları zamanı İran bayrağını atıcılıq üzrə dünya çempionu olmuş həmədanlı qadın idmançı daşıyacaq.
İslam oyunları zamanı İran bayrağını atıcılıq üzrə dünya çempionu olmuş həmədanlı qadın idmançı daşıyacaq.
TİA.AZ xəbər verir ki, bu barədə Həmədan İdman və Gənclər İdarəsinin sözcüsü Çarovsayi jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, idman üzrə icra heyətinin üzvləri oyunlar zamanı İran bayrağını dünya çempionu Məhluqə Cambozorqun daşıyacağı ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları-2017 12-22 may tarixləri arasında Bakıda keçiriləcək. Oyunlarda 21 idman növü üzrə 57 dövlətin 6 minə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.
İran bu oyunlarda 280 idmançı ilə iştirak edəcək.