Bakıda icra məmurunun avtomobili ilə vurduğu qadın ölüb.
İcra məmuru Tural İsayev “‘Mercedes Benz C220” markalı avtomobillə Binəqədi-Novxanı-Corat avtomobil yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçən piyada Nərgiz İsgəndərovanı ehtiyatsızlıqdan vurub və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt șəhər prokurorluğunda CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.