Azərbaycanda məhkum həbsdə ölüb. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Orada cəza çəkən məhkum Səbuhi Rafiq oğlu Süleymanov ölüb.
Onun xəstəlikdən öldüyü bildirilir.Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 29-cu ölüm hadisəsidir.